Menu

“Ön cəbhədə və Bakıda xidmət edən hərbçilər eyni maaşı ala bilməz” - Siyavuş Novruzov

01.02.2021, 12:27
“Ön cəbhədə və Bakıda xidmət edən hərbçilər eyni maaşı ala bilməz” - Siyavuş Novruzov

“Parlamentin internet televiziyasını yaratmalıyıq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, parlamentdə olan partiyaların nümayəndələrinin debatını həmin televiziyada təşkil etmək mümkündür: “Milli Məclisin fəaliyyəti ilə bağlı qərəzli fikirlər söylənilir. Elə məsələlər var ki, Milli Məclisin səlahiyyətinə daxil olmasa da, bunu parlamentin adı ilə bağlamağa çalışırlar. Bu kimi halların qarşısını almaq üçün Milli Məclisin internet televiziyasını yarada bilərik. Bununla öyrədilmiş insanların böhtanının qarşısını ala bilərik”.

Deputat bildirib ki, yanvar ayına qədər hərbçilərin maaşı kəsilə bilməzdi: “Burada problem yaranıb. Çünki bu məsələ müharibədən əvvəl öz həllini tapmış məsələdir. Yanvara qədər bu verildikdən sonra yeni dislokasiyaya ehtiyac yarana bilər. Ön cəbhədə olan hərbçi ilə Bakıda oturan hərbçi eyni maaşı ala bilməz. Bu, dünya təcrübəsində də belədir. Bizim qalib hərbçilərimiz təltif olunmalıdır. Verilən açıqlamada hansısa qanunun maddəsi ilə əlaqələndirməyə çalışdılar, bu, səhvdir. Bu, icra mexanizmidir”.

Şərhlər

t.ədalət 2021-02-01 13:19:34

Axı,deyirsiniz ki,müharibə qurtarıb.Müharibə yoxsa,ön cəbhə də yoxdur.Sadəcə olaraq,səhra tipli xidmət var.Ümumiyyətlə,hərbi hissələrdə xidmət edən hərbiçilər nazirlik aparatında xidmət edənlərdən yüksək əmək haqqı almalıdırlar.Parlament Səfər Əbiyevin bəzi qadağalarını da aradan qaldırmalıdır.Keçmiş zabitlər-müharibə iştirakçıları yaş həddinə görə tam xidmət müddəti keçmədiyinə görə hospital mülicəsindən mərhum edilib.Ancaq Azərbaycan ordusunda bir gün belə xidmət etməyən rusist zabitlərə bu xidmət şamil olunur.Vətənə xidmət edəni kənara itələyib Rusiyanın xidmətində olanlara qayğı göstərmək dünyanın heç yerində yoxdur.Bunu müzakirə etmək lazımdır!

Semed 2021-02-01 13:02:22

Siyavuş Novruzov imamlarla müqayisə elədiyin boksçu ölüm müharibə zamanı görünmedi menim qohumlarından neçəsi şəhid oldu necədi de hele de ordadı Qarabağda vətəni qoruyur amma mən işləməyə ls yemeye çörek tapmıram senden fərqli olarsq

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol