Menu

Strateji hücum silahlarına dair müqavilə qüvvəyə mindi

04.02.2021, 01:01
Strateji hücum silahlarına dair müqavilə qüvvəyə mindi

ABŞ ilə Rusiya (SSRİ-nin varisi kimi) arasında strateji hücum silahlarının ixtisarını və məhdudlaşdırılmasını nəzərdə tutan START I (Strategic Arms Reduction Treaty; 31 iyul 1991-ci il tarixində imzalanıb) müqaviləsinin uzadılmasına dair saziş tərəflər arasında nota mübadiləsindən sonra bu gün qüvvəyə minib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

START I müqaviləsinin müddəti ilkin formada qalmaq şərtilə 2026-cı ilin 5 fevral tarixinədək uzadılır.

Xatırladaq ki, yanvarın 26-da tərəflər müqavilənin müddətini uzatmaqla bağlı diplomatik nota mübadiləsini apardılar. Həmin gün prezidentlər Cozef Bayden ilə Vladimir Putin telefon söhbəti zamanı bundan məmnun olduqlarını ifadə ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol