Menu

BNA-ya məxsus şirkətin rəhbəri dəyişdirildi

04.02.2021, 12:13
BNA-ya məxsus şirkətin rəhbəri dəyişdirildi

Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus “Zığ Avtoparkı” MMC-də kadr təyinatı olub.

“Report”un əldə etdiyi məlumata görə, “Zığ Avtoparkı” MMC-yə rəhbər vəzifəsi İlqar İbrahimova həvalə edilib.

Qeyd edək ki, bu vəzifəni 2021-ci ilin yanvarına qədər Etibar Quliyev icra edirdi.

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinə məxsus “Zığ Avtoparkı” MMC-nin nizamnamə kapitalı 142 499 manat təşkil edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol