Menu

"Azərbaycanın "AstraZeneca/Oxford" peyvəndləri alacağını eşitmək çox xoşdur" - Britaniya səfiri

04.02.2021, 13:40
"Azərbaycanın "AstraZeneca/Oxford" peyvəndləri alacağını eşitmək çox xoşdur" - Britaniya səfiri

"Böyük Britaniyanın elmi və tibbi təcrübəsi Azərbaycanda həyatları xilas edəcək".

APA-nın məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Tvitter hesabında paylaşıb.

Səfir qeyd edib ki, Azərbaycanın COVAX vasitəsilə 500.000 doz "AstraZeneca/Oxford" peyvəndləri alacağını eşitmək çox xoşdur.

Qeyd edək ki, COVAX təşəbbüsündə iştirak edən ölkələr arasında koronavirusa qarşı vaksinlərin paylanmasının ilk aralıq proqnozunda bildirilib ki, Azərbaycan 506 400 doz AstraZeneca/Oxford vaksini alacaq.

COVAX çərçivəsində Gürcüstan 184.800 doz AstraZeneca / Oxford və 29.250 doz Pfizer / BioNTech, Ermənistan isə 146.400 doz AstraZeneca / Oxford alacaq.

Vaksinlərin ölkələrə çatdırılması prosesinə fevral ayının sonunda başlanacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol