Menu

“Qızımı öldürən İlkin və onun ətrafıdır...” - Tovuzda qətlə yetirilən azyaşlının atası

04.02.2021, 14:41
“Qızımı öldürən İlkin və onun ətrafıdır...” - Tovuzda qətlə yetirilən azyaşlının atası

Ötən il yanvarın 6-da Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlilə bağlı məhkəmə hələ də başlamayıb. 

Fevralın 1-də Nəsimi rayon Məhkəməsində Baş prokurorun qətldə təqsirli bilinən həmin kəndin sakini İlkin Süleymanovla bağlı təqdimatına baxılıb. Təqdimatda göstərilib ki, bu iş üzrə istintaq araşdırmaları başa çatmayıb, bu üzdən İ. Süleymanov haqqında həbs-qətimkan tədbirinin müddətinin daha dörd ay uzadılmasına ehtiyac var. Məhkəmə də təqdimatı təmin edib və onun ilkin istintaq dövrü üçün həbsdə saxlanma müddəti daha dörd ay artırılıb.

Qapalı keçirilən məhkəmə iclasında İ.Süleymanov özü də iştirak edib. O, günahsız olduğunu, uşağın ölümünə heç bir aidiyyəti olmadığını vurğulayıb, həbsdən buraxılmasını istəyib. Vəkil Əlibaba Rzayev bildirib ki, sadəcə, istintaqın əlində İlkinin təqsirliliyinə dair heç bir mötəbər sübut yoxdur, ona görə də uzadırlar: "Əgər cinayəti gerçəkdən İlkin törətmiş olsaydı, bu müddətdə yüzlərlə sübut tapmaq olardı. İstintaq İ. Süleymanovu sübut yetərsizliyinə görə həbsdən buraxa da bilmir. Çünki onun həbsinin ilk günlərində Baş Prokurorluğun o dövrdəki rəhbərliyi cinayətin üstünün açıldığını, İ. Süleymanovun olayı etiraf etdiyini bildirmişdi. İndi buraxılsa, sual yaranacaq ki, sübutlar yox idisə, İlkin niyə həbs olunmuşu?".

Mərhum Nərmin Quliyevanın atası Şərif Quliyev isə “sherg.az”-a açıqlamasında bildirib ki, qızını öldürən İlkin və onun ətrafıdır: "Sadəcə İlkini qabağa veriblər. Əmisi və qardaşı müxtəlif kanallarda çıxış edirlər, deyirlər ki, onları işdən çıxardıblar. Onlar İlkin barədə düşünmürlər, ancaq öz işləri ilə maraqlanırlar".

Ş.Quliyev Nərminin ailəsinə Bakıdan ev verilməsi barədə deyilənləri də təkzib edib: "Belə bir şey olmayıb, ola da bilməz. Allaha and olsun ki, qızımın ölümündən sonra nə ev, nə də pul veriblər. Kim istəyir gəlib baxsın və belə bir halın olub-olmadığını araşdırsın".

Nərminin qətlə yetirilməzdən öncə hamilə olmasına dair iddialar münasibət bildirən Şərif Quliyev bildirib ki, bu barədə İlkinin qardaşı və 70 yaşlı əmisi danışıb: "Onlara şər atmaq yaraşırmı? İlkinin qardaşı, əmisi Süleyman Süleymanov və əmisi oğlu Tariyel Süleymanov Nərminə bala deyirlər, sonra da hamiləlik iddiasını ortalığa atırlar. Bu mövzuya qədər mən onlara nəsə deməmişdim. Amma daha susmayacağam".

"AzPolitika.info"

Şərhlər

t.ədalət 2021-02-05 23:44:40

Deyilənə görə İlkin iqtidarsızdır.Qızın namusunu ləkələyib öldürənin başqa bir vəzifəlinin olduğu söylənilir.Belə işlər sovet dövründə ört-basdır edilməzdi.Hüquqşünaslar belə cinayətlərə görə rüşvət götürməzdilər.Ancaq indi ölkədə bütün dəyərlər itib....

Xalq 2021-02-04 18:10:02

məncə savadlı bir istintaqçı polis bu işi yaxşı-yaxşı araşdırmalıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol