Menu

Səlim Müslümovu hansı cəza gözləyir?

04.02.2021, 15:03
Səlim Müslümovu hansı cəza gözləyir?

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova qarşı irəli sürülən ittihamlara əsasən, onu 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

“Report” xəbər verir ki, ona verilən ittihamlar arasında ən ağır maddə rüşvət alma ilə bağlıdır.

Cinayət Məcəlləsinin 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər fəslinə aid olan 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi üzrə isə ən yüksək cəza kimi 7 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Cinayət qanunvericiliyinə əsasən, cinayətlərin məcmusuna görə cəza təyin edilərkən qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz.

Qeyd edək ki, S.Müslümovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəhbərlik etdiyi dövrdə nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub. Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılan yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumata görə, S.Müslümov Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Şərhlər

Köhnə ateist 2021-02-04 17:04:44

Hərdən mənə elə gəlir ki, bu.... Allah bizə cəza olaraq göndərib. Bağışla bizi, ey Böyük Yaradan!!

ƏLİ 2021-02-04 16:32:52

Kadrlar şöbəsinin müdiri Qurbanəli Əsədovun əmək kitabcası saxta idi.Əjdər Cəbiyev bundan istifadə edib bütün qohum əqrabasını ora yığıb rüşvət mexanizmi yaratmışdı

Qurban 2021-02-04 16:05:41

Əjdər Cəbiyev (Ol) həbs edilməlidir.Yoxsa ədalət bərpa olunmaz.Əjdər bütün bu sistemdə kimlərin anasını ağlar qoyub.Rusvətdən doymurdu ki doymurdu.Səlimin haqqın ayrı öz haqqın ondan da az olmayaraq ayrı slirdi

Tahir 2021-02-04 16:01:27

Səlimin tələbə yoldaşı Natiq Əzizov DSMF və sonra da ƏƏSM nazirliyinin Tikinti təhcizatı işinin başında idi.Səlim ən çirkli işlərini Natiq və Ejderin Əli ilə görürdü. Bu iki şəxs on milyonlarla dövlət vəsaitini dədələlərinin malı kimi yeyiblər, talayıblar.Mitləq bunlar da Səlimə birlikdə həbs edilməlidir...

Mahir 2021-02-04 15:52:49

Jalə Əliyeva N..... Xanımın hesabına deputat olsa da Ziya Məmmədovu özünün Allahı sayır və onun bu sözünü iki etmir.Ucarin başçısı Mənsur mMəmmədov kimi....

Mahir 2021-02-04 15:49:41

Heydər Əsədov, Elton Məmmədov, Deputat Jalə Əliyeva, Elton Məmmədov, Mərdan Camalov Səlim Müslümov...Bunlar Ziya Məmmədovun bəndəsinin əsas üzvləridir və Prezidentə qarşı özlərini güc sayırlar.Ona görə bunların hamısının oğurladıqları əllərindən alınıb YASAT fonduna verilməli, və Şəkillər bir kameraya salinmalidirlar...

Şahalı 2021-02-04 15:08:10

Bu nazirin pulyığanı şair olub.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol