Menu

"Uşaqlara peyvəndlərin tətbiqi ilə bağlı tədqiqat aparılmayıb" - TƏBİB

04.02.2021, 16:02
"Uşaqlara peyvəndlərin tətbiqi ilə bağlı tədqiqat aparılmayıb" - TƏBİB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) uşaqlara Çin peyvəndlərinin tətbiqinin mümkünlüyünə münsaibət bildirib.

TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, istehsalçı şirkətin tövsiyəsinə əsasən 18 yaşa qədər əhali kütləsinə, hamilə və südverən qadınlara peyvəndin vurulması tövsiyə edilmir:

"Çünki bu istiqamətdə hələ tədqiqat aparılmayib".

Qeyd edək ki, Azərbaycanda yanvarın 18-dən etibarən Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksininin istifadəsinə başlanılıb. Vaksinasiya mərhələli şəkildə həyata keçirilir. Fevralın 8-dən 65 yaşdan yuxarı və digər aidiyyəti üzrə çalışan şəxslərə vurulmasına başlanılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol