Azərbaycan Prezidenti İlham Əliyevin təlimatına uyğun olaraq, səfirlər, hərbi atteşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin Ermənistanın işğalından azad olunmuş Cəbrayıl ayonunun Cocuq Mərcanlı kəndinə səfər ediblər.
“Report”un xəbərinə görə, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici diplomatlara Cocuq Mərcanlı kəndi barəıdə məlumat verib.
O, həmçinin Cocuq Mərcanlının qayıdış rəmzi olduğunu bildirib.


Şərhlər