Menu

Vətən Müharibəsi şəhidi Ələkbər Ələkbərli Tərtərdə dəfn edilib - FOTOLAR

06.02.2021, 14:07
Vətən Müharibəsi şəhidi Ələkbər Ələkbərli Tərtərdə dəfn edilib - FOTOLAR

Vətən Müharibəsində şəhid olan əsgər Tərtərdə dəfn edilib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, Vətən müharibəsində şəhid olan Tərtər rayon Köçərli kənd sakini, 1991-ci il təvəllüdlü, müddətdən artıq hərbçi Ələkbərli Ələkbər Ramiz oğlunun nəşi ata ocağına gətirilib. Şəhidlə vida mərasimində Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri və Azərbaycan Ordusunun hərbçiləri, döyüş yoldaşları, rayon ictimaiyyəti iştirak edib.

İki bacının bir qardaşı olan şəhid Köçərli kənd məzarlığında torpağa tapşırılıb.

Ə. Ələkbərlinin sentyabrın 29-da Suqovuşanın işğaldan azad olmağı uğrunda gedən döyüşlərdə şəhid olduğu bildirilir.

Şərhlər

Xalq 2021-02-06 19:18:04

Allah şəhidimizə rəhmət eləsin! Qəbri nurla dolsun! Allah ailəsinə səbr versin!

Mehdi 2021-02-06 17:16:00

Bu... mustəqimi ora gərək buraxmayaydilar.... kimi qovaydilar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol