Gürcüstanda son sutkada daha 404 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 799 nəfər müalicə olunaraq sağalıb, 14 pasiyent isə vəfat edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Qonşu ölkədə pandemiya başlayandan indiyədək COVID-19-a 262 024 yoluxma faktı qeydə alınıb. Yoluxanların 253 614-ü sağalıb, 3 283-ü isə ölüb.
Hazırda karantində 450, stasionar nəzarətdə 2 230 nəfər var. Xəstəliyi yüngül formada keçirən 294 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.


Şərhlər