Menu

"Ukrayna Qarabağın bərpasında Azərbaycana kömək etməyə hazırdır" - Səfir

08.02.2021, 16:43
"Ukrayna Qarabağın bərpasında Azərbaycana kömək etməyə hazırdır" - Səfir

“Azərbaycan Cənubi Qafqaz regionunda Ukraynanın əsas tərəfdaşıdır”.

“Report” xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bu gün keçirilən “Azərbaycan və Ukraynanın diplomatik münasibətləri dünənin və bu günün inikasında” adlı birgə onlayn konfransında bildirib.

Əməkdaşlıq illərində iki ölkə arasında qarşılıqlı hörmət və dostluq münasibətlərindən başqa çox şeyin dəyişdiyini qeyd edən diplomat qarşılıqlı faydalı əlaqələrin sürətli inkişafının böyük əhəmiyyətini bir daha vurğulayıb.

Azərbaycanın Cənubi Qafqaz regionunda Ukraynanın əsas tərəfdaşı olduğunu diqqətə çatdıran diplomat Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə dəstəklədiklərini, işğaldan azad edilmiş ərazilərin bərpasında kömək olmağa hazır olduqlarını diqqətə çatdırıb.

“Ölkələrimiz iqtisadi baxımdan bir-birini tamamlayır”, - səfir qeyd edib.

Şərhlər

Veteran 2021-02-08 22:46:24

EŞQ OLSUN!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol