Gürcüstanın Daxili İşlər Nazirliyi Soğanlıq kəndində 11 yaşlı azərbaycanlı qızın nişanlanması ilə bağlı istintaq başladıb.
Bu barədə Gürcüstan DİN rəsmi məlumat yayıb.
Bildirilib ki, yetkinlik yaşına çatmayanın evlənməyə məcbur edilməsi maddəsi əsasında istintaq aparılır.
Qeyd edək ki, bu gün bəzi KİV-lərdə Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Soğanlıq kəndində 11 yaşlı qızın dayısı oğlu, 15 yaşlı oğlanla nişanlanması barədə görüntülər yayılıb.


Şərhlər
Ay Allah qurban olum Sene bu uşaqların heç bir günahları yoxdur mesum tifillerf axı bunların valideynlerinin yaşamadının ne menası bu qeder Nadanlıq okar belelerine göre de büyün dünya müselmanlara gülür ve nifret edir