Menu

Ermənistanın müharibədəki itkin hərbçilərinin 1 367-nin öldüyü məlum oldu

09.02.2021, 00:01
Ermənistanın müharibədəki itkin hərbçilərinin 1 367-nin öldüyü məlum oldu

Ermənilərin Füzuli rayonunda apardıqları axtarışlar zamanı bu ölkənin ikinci Qarabağ müharibəsində itkin düşmüş daha 2 hərbçisinin meyiti aşkarlanıb. “Report” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, meyitlərin şəxsiyyəti hələ məlum deyil. Bu səbəbdən də meyitlər məhkəmə-tibbi ekspertizadan keçiriləcək.

Qeyd edilir ki, bununla da Qarabağda meyitləri tapılan itkin erməni hərbçilərinin meyitlərinin sayı 1 367-yə çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol