Menu

Ərdoğan bu gün Türkiyənin Milli kosmik proqramını təqdim edəcək

09.02.2021, 01:46
Ərdoğan bu gün Türkiyənin Milli kosmik proqramını təqdim edəcək

Türkiyənin Milli kosmik proqramının təqdimatı bu gün, fevralın 9-da Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək mərasimdə olacaq.

Virtualaz.org “Anadolu”ya istinadən bildirir ki, Türkiyə liderinin Ankaradakı Administrasiyasında keçiriləcək mərasimin açılışı yerli vaxtla saat 19:00-a planlaşdırılıb.

Ölkənin kosmik sahədə məqsədlərinin, həmçinin Türkiyə Sənaye və Texnologiyalar Nazirliyinin himayəsi altında reallaşdırılacaq layihələrin açıqlanacağı nəzərdə tutulur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol