Menu

Abid Şərifov nəvəsinin otelindən danışdı: "Bunu böyütmək nəyə lazımdır?"

10.02.2021, 11:39
Abid Şərifov nəvəsinin otelindən danışdı: "Bunu böyütmək nəyə lazımdır?"

Baş nazirin sabiq müavini Abid Şərifovun nəvəsi Nicat Mahmudovun Şəkidə otel kompleksi tikməsi ilə bağlı məlumat yayılıb. Unikal.org-a açıqlama verən Abid Şərifov faktı təsdiqləyib. 

O, bildirib ki, Şəki şəhər icra hakimiyyəti tərəfindən istismara verilən "Şəki Park” oteli nəvəsinə məxsusdur: "Nicat mənim qızımın oğludur. Şəkidə tikinti edib. Amma ona otel demək olmaz. Üç mərtəbəli yataqxana tipli bir yerdir. Yazıldığı qədər böyük bir kompleks deyil. Bunu böyütmək nəyə lazımdır?"

Qeyd edək ki, "Səki Park” otel dörd mərtəbəli binadan və ümumi sahəsi 5200 kvadrat metrdən çox olan 1,2 və 3 otaqlı koteclərdən ibarətdir. Burada qapalı və açıq restoranlar, voleybol meydançası, tennis kortu, açıq hovuz və bir çox digər istirahət obyektləri var.

Şərhlər

Doğru 2021-02-10 14:33:02

BİRCƏ DƏNƏ BİR MƏTƏBƏLİ KAZARMA TİKƏRDİN ƏSGƏRLƏRİMİZƏ. ONDA HALALLIQLA İŞLƏDƏ BİLƏRDİN HOTELİNİ.YOXSA VƏTƏN SƏNİ BAĞIŞLAMAZ ABİ....

Ağsaqqal 2021-02-10 14:28:37

Əcəb yataqxanadı. Daha mənim sizə sözüm filanım yoxdu. Bəlkə müdafiə nazirliyi üçün tikdirmisən? Abırsızlığa baxın.əsgərlərimiz qarın altında yatır.bunlar hotel açır. Eyib olsun.

Malik 2021-02-10 14:15:09

Qudurganligindan kamera qarşısında qarnını irəli verib "sənə nə alabala" deyirdin.İndi noooldu yazıq yazıq böyütməyin deyirsən.Rovsən Cavadovun ölümünün bir günahı da çənin ciynindədir.....

Pənah 2021-02-10 13:37:51

İnsanlar çörək ala bilmir, toxun acdan nə xəbəri, siz isə deyirsiniz nəvənizin oteli olmağını faktini niyə böyüdürsünüz. Əlbəttə bu adi kiçik əmlakdır sizin üçün.

Roma 2021-02-10 13:34:08

Abid müəllim, siz digər yüksək vəzifə tutmuşlarla müqayisə ediləndə, PİRSİNİZ, bəlkə də mən yanılıram...ancaq fakt faktlığında qalır: "Səki Park” otel dörd mərtəbəli binadan və ümumi sahəsi 5200 kvadrat metrdən çox olan 1,2 və 3 otaqlı koteclərdən ibarətdir. Burada qapalı və açıq restoranlar, voleybol meydançası, tennis kortu, açıq hovuz və bir çox digər istirahət obyektləri var: "...

Cəmşid Dərələyəzli 2021-02-10 13:16:15

Abid müəllim üçün bu adi bir şeydi. Nədir ki. Amma Abid müəllim düşünmür ki, nyə o oteli kimsəsiz bir iş adamı öz halal zəhməti ilə inşa edə bilmir. Yalnızca onun kimilərin nəvəsi inşa edə bilər. Çünki, niyə . Çünki o Abid müəllimlərin “ala-bala” nəvəsidir. Belə yerdə deyirlər, utanmasan oynamağa nə var ki. Hələ bir bəraətdə qazandırır və deyir böyütməyin

Eli 2021-02-10 13:07:06

Abid müellim köhne kişilerdendir düz deyir de olanı deyir.Başqaları kimi artistlik telxeklik etmir

Buzovnali 2021-02-10 13:04:02

Dovlatdan talanan pullardir.

Əsl Şəkili 2021-02-10 12:06:46

Ay yeraz kişi! Kimləri avam hesab edirsiniz? Nəvənin oteli olar? O nə yatdı ki,nə yuxu görsün? Bəs Şəkidəki "İstirahət zonası,restoran" hansl maaşla başa gələ bilər?Bunu neçə il yeməyib,içməyib maaşla əldə etmək olar? Bir bunu düşünə bilirsiniz?Hələ başqa obyektlər.villalar bir yana!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol