Azərbaycan hərbçilərinin də qatıldığı “Qış təlimi-2021” təlimlərində iştirak edən Türkiyə hərbçiləri komando andı içiblər.
“Report” xəbər verir ki, andiçmənin görüntülərini Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.
Qarlı dağ şəraitinə uyğun şəkildə geyinən türkiyəli hərbçilər Azərbaycan və Türkiyə bayraqlarının əks olunduğu maskalar taxıblar.
Qeyd edək ki, “Qış təlimi-2021” Türkiyə Silahlı Qüvvələrinin və Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin iştirakı ilə keçirilir. Təlimlər fevralın 12-də başa çatacaq.
Kış 2021 Tatbikatı’na katılan Kahraman Komandolarımızdan Komando Andı!
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) February 10, 2021
#KARS #KIŞ2021 pic.twitter.com/y4e1j2ulm4


Şərhlər
maşallah! maşallah! maşaallah! Halal olsun uşaqlar!