Rusiya və İran koronavirusa qarşı “Sputnik V” peyvəndinin birgə istehsalı barədə müqavilə imzalayıblar.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib.
“Peyvəndin birgə istehsalı barədə danışıqlar başa çatıb. Yaxın vaxtlarda İranda birgə peyvəndin istehsalının şahidi olacağıq”, - deyə iranlı diplomat vurğulayıb.
Qeyd edək ki, dünəndən İranda Rusiyanın “Sputnik V”-dən istifadə edilməklə əhalinin peyvəndlənməsinə başlanılıb.


Şərhlər
Rusiya ilə İran ilk dəfə peyvəndi Azərbaycanı hissələrə parçalayanda hazırlayıblar.Düşmən zaman keçdikcə daha dəhşətli və amansız olur.
Peyvənddən sonra iranda. “mollalar” başlayacaq gündə 200 qramm “vurmağa”...