Menu

Azərbaycan nefti 90 dollardan aşağı düşdü

15.10.2014, 12:19

stock-photo-azeri-light-crude-oil-benchmark-200824211Dünya birjalarında neft ucuzlaşmaqda davam edir.

Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 3,9 dollar ucuzlaşaraq 81,84 dollar, Londonun İCE birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 3,85 dollar azalaraq 85,04 dollar olub.

Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən AzərTAc-a verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barreli London birjasında 1,22 dollar ucuzlaşaraq 89,63 dollar təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol