Menu

İraqda Türkiyənin daha bir hərbçisi şəhid olub

11.02.2021, 12:07
İraqda Türkiyənin daha bir hərbçisi şəhid olub

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında yerləşən Qara bölgəsində həyata keçirdiyi “Pəncə Qartal-2” adlı antiterror əməliyyatları zamanı yaralanan kapitan Ertuğ Güler şəhid olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumatı yayıb.

O, fevralın 10-da terrorçularla qarşıdurma zamanı yaralanaraq xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, ötən gün eyni bölgədə baş verən döyüşlərdə Türkiyənin 2 hərbçisi şəhid olmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol