Menu

"Dağlıq Qarabağla Ermənistan arasında əlaqə Laçın dəhlizi ilə həyata keçirilir" - Rusiya XİN

11.02.2021, 18:56
"Dağlıq Qarabağla Ermənistan arasında əlaqə Laçın dəhlizi ilə həyata keçirilir" - Rusiya XİN

“Dağlıq Qarabağla Ermənistan arasında əlaqə Laçın dəhlizi vasitəsilə ilə həyata keçirilir. Bu barədə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr üçtərəfli bəyanatının 6-cı bəndində qeyd olunub. Bunu siz mənsiz də yaxşı bilirsiniz”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə erməni jurnalistin Dağlıq Qarabağ ermənilərinin Ağdərə-Vardenis yolundan istifadəsi ilə bağlı sualına cavabında deyib.

M. Zaxarova erməni jurnalistə Dağlıq Qarabağla Ermənistan arasında əlaqənin Laçın dəhlizi vasitəsilə həyata keçirildiyini xatırladıb.

Şərhlər

Azər 2021-02-11 23:24:34

Bəs Bizin ermənistanda qalan məscidlər nece oldu

Fikrət Qasımov 2021-02-11 20:13:32

Əgər Azərbaycan Qarabağ pşğaldan azad edibsə və Qarabağa qayıdan ermənilər Azərbaycan vətəndaşlarıdırsa o zaman Laçın dıhlizinin mənası anlaşılan deyil.Çünki Azərbaycan vətəndaşlaı SNQ ölkələrinə mövcud yollarla istədikləri nəqliyyat vasitələri ilə sərbəst gedib gələ bilərlər.Ona görə bu oyunları millətə zamanında açıqlamaq vacibdir.

Eshidin Xalqin TELEBINI !!! 2021-02-11 19:28:36

.....Kalantaryan ve .........Marfa Zaxarsuka, Lachin dehlizi Azerbaycanin ERAZISIDIR !!!! Azerbaycanin GOMRUK NEZARETI, SERHED QOSHUNLARI, XUSUSI TEYINATLI , HERBI PATRUL POSTLARI , MUTLEQ YARADILMALIDIR Lachin dehlizinde ve hokumet SON QOYMALIDIR BU DEHLIZIN rus - ermeni ISHQALINA , chunki, XALQ TELEB EDIR !!!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol