Menu

İki milyon dollar həcc pulu mənimsənilib - Böyük Müfti saxlanılıb

11.02.2021, 18:05
İki milyon dollar həcc pulu mənimsənilib - Böyük Müfti saxlanılıb

Qırğızıstanın Böyük Müftisi Maksatbek Hacı Toktomuşov korrupsiya qalmaqalı çərçivəsində saxlanıb. Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTK) fevralın 10-da bildirməsinə görə, Toktomuşov dindarların Həcc ziyarəti üçün verdikləri pulların mənimsənilməsində əli olmaqda şübhəli bilinir. Toktomuşovun onlarla tərəfdarı fevralın 10-da axşam komitənin Bişkekdəki qərargahı qarşısında yürüş keçirərək müftinin buraxılmasını tələb edib.

Həm də Qırğızıstan Dini İdarəsinin rəhbəri olan Toktomuşov fevralın 10-da istefa vermişdi.

İdarənin mətbuat xidmətindən verilən məlumata görə, yeni təyinatacan onun vəzifəsini müavini icra edəcək. DMTK fevralın 10-da bildirib ki, idarənin baş mühasibi dindarlardan yığılmış 2 milyon dollara yaxın vəsaitdən sui-istifadədə şübhəli bilinərək saxlanıb.

Komitə mühasibin bir gün öncə, idarə rəsmisinə rüşvət verərkən saxlandığını iddia edir. İdarənin mətbuat xidməti isə məhkəməyədək məsələni şərh etməyəcəyini açıqlayıb. 6 milyon əhalisi olan Qırğızıstan əsasən sünni müsəlman ölkəsi hesab olunur. (azadliq.org)

Şərhlər

Molla 2021-02-11 21:44:11

Bəs bizdə? Bununla maraqlanan varmı?Allahşükür!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol