Menu

Rusiya sülhməramlıları Şuşaya gedən avtomobil karvanını müşayiət edib - VİDEO

12.02.2021, 12:08
Rusiya sülhməramlıları Şuşaya gedən avtomobil karvanını müşayiət edib - VİDEO

“Azərbaycan tərəfinin istəyi ilə Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları Azərbaycan Respublikasının iki nəqliyyat karvanının Dağlıq Qarabağ ərazisindən keçməsinin təhlükəsizliyini təmin ediblər”.

“Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya hərbi personalının müşayiəti ilə 60-dan çox yük maşını Şuşa yaşayış məntəqəsinin infrastrukturunu bərpa etmək üçün tikinti materialları çatdırıb. Rusiya sülhməramlı kontingenti üçtərəfli razılaşmanın ciddi şəkildə həyata keçirilməsinə və bölgədə dinc həyatın bərpasına töhfə verməyə davam edəcək”, - nazirlikdən bildirilib.

Şərhlər

Azer 2021-02-12 19:37:34

Shusha bizdedirse rus bizi bizden qoruyur?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol