Menu

"İranın adını çəkdiyimə görə mənə töhmət verməyin" - Deputatdan xahiş

12.02.2021, 13:30
"İranın adını çəkdiyimə görə mənə töhmət verməyin" - Deputatdan xahiş

Deputat Aqil Abbas Parlamentdə çıxışı zamanı İran sözünü işlətdiyinə görə töhmət verilməməsini xahiş edib:

“Yolumuz birdən həbsxanaya düşür. Görüşlər olur. Bu zaman şahidi oluruq ki, toplaşan adamların çoxu İrandan narkotik keçirən vətəndaşlardır. Həbsxana rəisi deyir ki, bu qədər iş vermişik, ölkəsinə qaytarırıq. Üstündən 6 ay keçəndən sonra yenidən həmin adam ölkəmizə narkotik keçirir. Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti sərhəddə bu məsələylə bağlı mübarizə aparır. Ona görə də təklif edirəm ki, ikinci dəfə həbs olunanları İrana qaytarmasınlar. Cəzalarını elə burada çəksinlər. İranın adını çəkirəm. Xahiş edirəm buna görə mənə töhmət verməyin”.

Milli Məclisin spikeri Sahibə Qafarova isə deputata cavab olaraq bildirib ki, İran sözünə görə kiməsə töhmət verilməyib.

Şərhlər

Molla Oruc 2021-02-12 21:56:19

Aqil müəllim, müştərisi olmayan təkrar gələrmi? Qızıl gömrüyü keçmirsə, narko necə keçir? Bu işdə 3cü tərəfin, ölkənin belə sifarişi və marağı da ola bilər?

oleq 2021-02-12 17:50:04

Başa düşmürəm ərazidəki yer adlarını nə üçün onların qoydugu erməni adları ilə yazırsınız, yüz illərdi ki,oranın öz adları var,əgər bilmirsinizsə zəhmət çəkin öyrənin,yoxsa sizlə erməninin nə fərqi

Xalx 2021-02-12 15:23:04

Sərhədi keçəndə güllələmək lazımdır. Gəncləri yoldan çıxarmalarına görə bu az olar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol