Menu

Münhen konfransı əyani formatda keçiriləcək

12.02.2021, 14:37
Münhen konfransı əyani formatda keçiriləcək

Münxen Təhlükəsizlik Konfransı (MSC) qarşıdakı aylar ərzində əyani formatda keçiriləcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə MSC-nin nümayəndəsi Teresa Fuks bildirib.

Onun sözlərinə görə, fevralın 19-da keçiriləcək tədbir konfransı əvəzləməyəcək, onun “xüsusi versiyası” olacaq.

Dünən DPA xəbər verib ki, MSC-2021 fevralın 19-da video formatda keçiriləcək və ABŞ Prezidenti Cozef Bayden də iştirak edəcəyini təsdiqləyib.

“Prezident Baydenin iştirak edəcəyini təsdiqləyirəm”, – T.Fuks bildirib.

Xatırladaq ki, ilkin olaraq fevralın 19-21-nə təyin edilmiş konfrans sonradan qeyri-müəyyən müddətə təxirə salınmışdı.

Şərhlər

Mən Azəri 2021-02-12 18:33:01

Güman ki, Azərbaycanın kəskin çağırışı, qərarı hələ də icra edilməmiş BMT TŞnın və ABŞın dəstəyi ilə ölkəmizin ilkin (1921ci il Paris, ya AzSSR) qeydiyyatı üzrə sərhədlərinin qəti bərpa tarixi hüquq müstəvisinə qoyulacaq?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol