Bələdiyyələrin fəaliyyətinə həyata keçirilən inzibati tədbirlər nəticəsində ümumilikdə 10 min 478 hektar torpaq sahəsinin qanunsuz ayrılması barədə bələdiyyə aktlarının ləğv edilməsi ilə bağlı nazirlik tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib.
“Report”un xəbərinə görə, bu barədə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” sənəddə əksini tapıb.
Sənəddə qeyd edilib ki, nəticədə 396 hektar torpaq sahəsinin istifadəyə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib. Bütövlükdə isə 8 min 217 hektar torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib. 2 min 261 hektar torpaq sahəsi ilə bağlı mübahisələr isə məhkəmələrin icraatındadır.


Şərhlər
Görəsən Maştağada (Aeroport arxa tərəfində) ayrı-ayrı keçmiş və indiki məmurlara 99 illik icarəyə verilən və demək olar ki ,istifadə olunmayan 100.0 hektardan cox hasarlanmış və qanunsuz olaraq Villalar tikilən ərazi nə vaxt səmərəli istifadəyə veriləcək.Belə ki ətrafada yaşayan sakinlərin istirahəti ,gənclərin idmanla məşğul olması ,uşaq və anaların istirahəti ücün boyük bir yerə çevrilə bilərdi.Birisi öünə Golf meydancası,digəri n hektarliq sahədə 5 heyvan ,kimisi də tam istifadəsi saxlayir.