Fevralın 13-də Yaponiyada 7,1 maqnitudalı zəlzələ baş verib. Milli meteoroloji idarənin məlumatına görə, zəlzələnin episentri Yaponiyanın şimal-şərqində (Fukusima prefekturası) yerləşib.
Milli meteoroloji idarə sunami təhlükəsi elan edib, ancaq qeyd edib ki, dağıntı və onun nəticələri təhlükəsi gözlənilmir. Elə həmin vaxt ölkənin ictimai televiziyası sakinləri sahil xəttinə yaxınlaşmamağa çağırıb.
Gülü yeraltı təkanlar şimal, şimal-şərq və mərkəzi Yaponiyanın azı 10 prefekturasında hiss olunub.
AzPolitika.info


Şərhlər