Menu

“Qarailanı tutub min yerə bölməsək, bu millət üzümüzə tüpürsün” – Süleyman Soyludan sərt açıqlama

14.02.2021, 21:42
“Qarailanı tutub min yerə bölməsək, bu millət üzümüzə tüpürsün” – Süleyman Soyludan sərt açıqlama

Türkiyənin daxili işlər naziri Süleyman Soylu hazırda İraqın Şimalında PKK terror təşkilatına qarşı aparılan “Pəncə Qartal-2” əməliyyatına dair paylaşım edib.

“Haber Global”ın məlumatına görə, nazir “Twitter” hesabında terrorçuların fəaliyyəti barədə sərt ifadələr işlədib.

“Murat Qarailanı tutub min yerə bölməsək, bu millət və şəhidlərimiz üzümüzə tüpürsün”, - deyə nazir bildirib.

Nazir qeyd edib ki, altı il əvvəl PKK tərəfindən qaçırılan və Şimali İraqda saxlanılan 13 övladımız alçaqcasına qətl edilib. Bundan sonra hələ də PKK-nı dəstəkləyənlər var.

“PKK ilə eyni açıqlamaları verən və utanmayan, eyni ilanlara sahib çıxan heysiyyətsizlər var. Övladlarımıza və ailələrinə çəkdirdiklərinin cavabı verildi, veriləcək”, - deyə S.Soylu əlavə edib.

Şərhlər

İlqar Ağasəfoğlu 2021-02-15 00:22:55

Halal olsun belə İÇ İŞLƏRİ bakanına. Terrorçu ilə öz "dil"ində danışmaq lazımdır...

Vetendas 2021-02-14 22:29:33

Halal olsun Turk gardashlarimiza.

Seyid Ənhu 2021-02-14 22:26:16

Türkiyəni gerçəkdən də kişilər idarə edir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol