Menu

Biləsuvarda 3 uşaq atası intihar edib

15.02.2021, 12:23
Biləsuvarda 3 uşaq atası intihar edib

Biləsuvar rayonunda intihar hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Amankənd kəndində qeydə alınıb.

Həmin kənd sakini, 1981-ci il təvəllüdlü Buludov İsaq Ədalət oğlu özünü asaraq intihar edib.
Onun nevroloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Qeyd edək ki, İ.Buldov evli olub, 3 uşağı var.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol