Menu

ABŞ-ın 24 ştatına rekord şaxta qeydə alınıb

16.02.2021, 00:54
ABŞ-ın 24 ştatına  rekord şaxta qeydə alınıb

ABŞ-ın bir çox hissəsində rekord dərəcədə ən aşağı temperatur qeydə alınıb. “Report”un məlumatına görə, bu barədə ölkənin Milli Meteoroloji Xidməti tvitterdə açıqlayıb.

Beləliklə, Texasın Korpus-Kristi və Hyuston şəhərlərində temperatur mənfi 8 dərəcəyə düşüb, bu 1895 və 1905-ci illərdən bəri rekord göstəricidir. Minnesota ştatının Hibbinq şəhərində hava 1939-ci ildən bəri ilk dəfə mənfi 38 dərəcəyə düşüb.

Nebraskada 1881-ci ildən indiyənədək ilk dəfə mənfi 31 dərəcə soyuq qeydə alınıb. Ümumilikdə ABŞ-ın 24 ştatına rekord şaxta qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol