Moskvada 16-cı mərtəbədən yıxılan qadın sağ qalıb.
APA nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə paytaxtın Fövqəladə hallar xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə Moskvanın şərqində yerləşən Novokosino küçəsində baş verib.
Hündürmərtəbəli yaşayış binasının 16-cı mərtəbəsindən yıxılan qadın binanın giriş qapısının üstü qarla örtülmüş üzlüyünə düşüb. 25 yaşlı qadın xəstəxanaya yerləşdirilib.
"Mash" teleqram kanalı qadının yıxılma anının video görüntüsünü yayıb.


Şərhlər