Menu

“Belarus Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü həmişə dəstəkləyib” - Səfir

16.02.2021, 14:40
“Belarus Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü həmişə dəstəkləyib” - Səfir

“Belarus Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü həmişə bütün məsələlərdə və ardıcıl olaraq dəstəkləyib. Biz atəşkəs barədə bəyanat imzalanması və Azərbaycanın əzəli torpaqlarını öz tərkibinə qaytarması xəbərini böyük ruh yüksəkliyi ilə qarşıladıq.

“Report” xəbər verir ki, bu fikirləri Belarusun Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov Prezident İlham Əliyev tərəfindən fevralın 16-da etimadnaməsi qəbul edilərkən deyib.

“Hörmətli cənab Prezident, Siz tamamilə düzgün olaraq dediniz ki, dövlət rəhbərləri arasında dostluq və yüksək səviyyədə əlaqələr bu inkişafın, qarşılıqlı münasibətlərin möhkəmlənməsinin rəhnidir. Belarus da bunda maraqlıdır, - o bildirib.

Şərhlər

Roma 2021-02-16 16:59:46

Son dövrlər Lukaşenko Azərbaycanla ermənistan arasında heç bir fərq qoymur, KTDB-nin (kollektiv təhlükəsizlik dövlətlər birliyi) toplantısında dediyi sözləri mən xatırlayıram, "biz ermənistanla dostuq, elə Azərbaycanla da"...Sənə illər öncə qış vaxtı Rusiya qaz verməyəndə, pulunu ödəyə bilmədiyinə görə, yüyürdün Azərbaycana və bizə əl açdın, nə tez unutdun...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol