Menu

Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun tərkibi məlum olub

16.02.2021, 17:18
Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun tərkibi məlum olub

Gürcüstan parlamentində Azərbaycanla dostluq qrupunda 36 deputat təmsil olunacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Dostluq qrupları haqqında” qərar layihəsində bildirilib.

Sənədə əsasən, qrupa vitse-spiker Kaxaber Kuçava rəhbərlik edəcək. Qrupun üzvləri arasında azərbaycanlı deputatlar – Zaur Darğallı və Savalan Mirzəyev də var.

Layihənin qanunverici orqanın plenar iclaslarında müzakirəsinə artıq başlanılıb.

Qeyd edək ki, K.Kuçava bundan öncə də Azərbaycanla dostluq qrupuna başçılıq edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol