Menu

"Lukaşenkoya kredit verməyin" - Belarus müxalifətindən Rusiyaya çağırış

17.02.2021, 00:08
"Lukaşenkoya kredit verməyin" - Belarus müxalifətindən Rusiyaya çağırış

Belarus müxalifəti koordinasiya şurasının üzvü Pavel Latuşko Rusiya rəhbərliyini bu sual ətrafında düşünməyə çağırıb ki, Aleksandr Lukaşenko kötürdüyü kreditləri qaytarmaq gücüdədirmi?

«Lukaşenko rejimi hazırda pula ciddi ehtiyac yaşayır. Və həmin pulları o, yalnız Rusiyadan istəyə bilər. Siz əminsinizmi ki, Lukaşenko bütün kreditləri qaytara biləcək?» - «AFN» nəşri sitat gətirir.

Latuşko əlavə edib ki, «Lukaşenko seçkiləri «çat verməklə» uduzub, onun səlahiyyət müddəti 5 noyabr 2020-ci ildə bitib - bu tarixdən sonra, onun bütün qərarları və təyinatları heç bir hüquqi qüvvəyə malik deyil».

«Rusiya mərkəzi bankı pulun qiymətini yaxşı bilir, elə o qədər də ki, Belarus Respublikası sizin ölkədən nə qədər borc alıb. Son ayların hadisələri nəzərə alınmaqla, əlavə etmək istərdik: hazırda Belarusda kredit və digər müqavilələri ölkə adından imzalamaq hüququ olan legitim orqan qalmayıb» - müxalifətçi qeyd edib.

Rusiya prezidenti Vladimir Putin sentyabrın 14-də Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşdə bəyan edib ki, Moskva Minskə 1,5 milyard dollar kredit verəcək. Ötən oktyabrda Belarus Avrasiya inkişaf və sabitlik fondu vəsaitindən 500 milyon dollar kredit alıb. Ardınca, dekabrın 21-də Moskvada Belarus-Rusiya beynəlxalq hökumətlərarası saziş imzalanıb. Bu saziş Minskə iki tranşla, Rusiyadan 500 milyon dollar dövlət krediti verilməsini nəzərdə tutur və s.

Fevralda «Kommersant» qəzeti öz mənbələrinə istinadla xəbər verib ki, Lukaşenko Vladimir Putinlə görüşü zamanı Rusiyadan 3 milyard dollar yeni kredit istəyəcək. Qəzetin məlumatına görə, kreditin ayrılması məsələsi demək olar, həll olunub, yalnız müddət və dəqiq məbləğ müzakirə olunur.

AzPolitika.info

Şərhlər

Roma 2021-02-17 09:33:56

Rusiya Belarus müxalifətinin çağırışına əhəmiyyət verməyəcək və Belarusu, Lukaşenko rejiminə nə lazımdırsa verəcək. Belə ki, Lukaşenko əvvəllər bir qədər sərbəst hərəkət edirdi, müxalifət onu aşırma anında tez Rusiyadan yapışdı və ona görə də indi Rusiyaya Lukaşenka lazımdır, hansı havanı çalacaqsa, Lukaş o havaya oynayacaq...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol