"Ana dili ilə bağlarını itirən cəmiyyətlərin zamanla kölələşməsi qaçılmazdır!"
“Türk dili kimliyimizdir, anlayışımızdır, əsrlər boyu mədəniyyətimizin daşıyıcısıdır. Unutmayaq vətəni öncə dil, sonra ordu qoruyar. Ona görə türkcəmizə sahib çıxmalıyıq”.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci ilin Türkiyədə “Yunus Əmrə və Türkcə ili” olaraq qeyd edilməsilə əlaqədar keçirilən silsilə tədbirlərin açılış mərasimində danışarkən bunu bildirib.
Dünyada 250 milyondan çox insanın türkdilli olduğunu və ən çox danışılan dillər arasında türk dilinin 5-ci yer tutduğunu deyən Prezident bildirib ki, hazırda dünyanın 35 ölkəsində ya ana dili, ya ikinci dil, ya da əcnəbi dil olaraq türkcə ilə anlaşmaq mümkündür: “Vətənləri, bayraqları, dövlətləri ayrı olan yüz milyonlarca insanı eyni qəlbdə birləşdirən türkcədir. Türk elm adamı Əli Fuad Başgil deyib ki, türkcəmiz hər kəlməsində əsl bir millətin ən az min illik tarixinin məna və xatirələrini özündə daşıyan milli ruhumuzdur. Dilini itirən bir millət hafizəsini, mənliyini, inamını itirər. Ana dili ilə bağlarını itirən cəmiyyətlərin zamanla kütləviləşib kölələşməsi qaçılmazdır. Çox təəssüf ki, bu gün akademiklərimiz, media nümayəndələrimiz də daxil, bəzi təhsilli insanlarımız əcnəbi dillərə daha çox önəm verir, türkcəmizə lazım olan qayğını göstərmir.
Sosial media dili xüsusilə gənclərimiz arasında ünsiyyət vasitəsinə çevrilib. Küçə lövhələrində əcnəbi sözlər işlətmə xəstəliyi, danışıqlarda anlamsız qısaltmalar, qüsurla işlədilən yad kəlmələr dilimizin gələcəyini təhlükədə qoyub. Ona görə də türkcəmizi qorumadan nə milli kimliyimizə sahib çıxa, nə türk dünyası ilə əlaqələr qura, nə də dünyadakı hədəflərimizə çata bilərik. Biz türkcəmizi qorumalı, zənginləşdirməliyik”.
Ərdoğan bildirib ki, 2021-ci ildə Türkiyənin 18 nazirlik və aidiyyəti qurumları ilə birlikdə 224 adda “Yunus əmrə və Türkcə” adlı tədbirlər keçiriləcək.
“Yunus Əmrə “dil hikmətin yoludur” deyir. Biz bu il “dünya dili türkcə” adlı bir səfərbərlik elan edirik”, - deyə Türkiyə Prezidenti qeyd edib.

Şərhlər
Qeyd etməliyik ki, bizim ölkəmizdə bu məsələ bilərəkdən və ya bilməyərəkdən çox sapmalarla üz-üzədir. Nə yazıq ki, dillə məşqul olan bütün bilim adamlarımız da sanki bu məsələdə bir köşəyə çəkilib, dillərini yudublar. Hansı ki, dil millətin kimliyidir, anlayışıdır, əsrlər boyu mənəvi dəyərlərimizin daşıyıcısıdır. Təssüf ki, bir türlü dilimizə sahib çıxa bilmirik. Sanki, keçən əsrin 70-ci illərində deyilən bir deyim hələ də qalır ki, guya: “bizim dil, Türk dili olmamış gərək, mədəni insanlar öz övladlarına verirlər yad dildə təhsil”. Bəlkə də bu yanaşma, millətin öz kimliyinə qarşı bir qəsd olduğunu, bəzi gerizəkalılar (ifadəmə görə üzr istəyirəm) anlamırlar. Anlamırlar ki, onların üstünlük verdikləri yad dildə təhsil, gələcəyin Məmmədyarovları, Zakirləri olub, millətinin baş qaxıncı, gülüş hədəfi olacaqlar. Çox dil bilmək yaxşı şeydir. Lakin evladını ilk oxunuşda yad dildə təhsil almağa sövq etmək, onun milli kimliyini və mənəvi bağlılığını ondan qoparmaq deməkdir. Bu nədən də bir vətəndaş olaraq, dövlətin aidiyyatı qurumlarını, Milli Məclis üzvlərini (təbii, orada da milli dəyərlərlə bağlı anlayışı olanlar varsa əgər), dil bilim adamlarını, digər ziyalılarımızı, ən çox da vətəndaşlarımızı milli kimlikləri sayılan dilinə və milli soy adlarına sahib çıxmağa çağırıram.

Bu,Azərbaycana aiddir.Hələ də hökumət müstəmləkə dili olan rus dilinin keşiyindədir.XüsusdiləŞİTV kanalı rus dilində veriliş və mahnıların yayılması ilə məşğuldur.Kanalizasiya qoxuyan rus dilində danışanlar,əsasən hakimiyyət yetkililəridir.şElə nazirliklər var ki,ümumiyyətlə nazir ancaq rusca danışır.Məs.Gənclər və idman nazirliyi və naziri.Xarici işlər nazirliyi də geridə qalmır.
NƏ GÖZƏL DEYİLMİŞ SÖZLƏRDİR.BİZƏ COX BÖYÜK AİDİYYATI VAR.