Menu

Bakıda kişini zəncirlə bağlayan mağaza sahibi məsuliyyətə cəlb edilib

17.02.2021, 09:46
Bakıda kişini zəncirlə bağlayan mağaza sahibi məsuliyyətə cəlb edilib

Sosial şəbəkələrdə bir nəfər şəxsin zəncirlə dirəyə bağlanılmasını əks etdirən videogörüntülər Daxili İşlər Nazirliyində (DİN) araşdırılıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Sabunçu rayonunda yaşayan, ruhi əsəb xəstəliyindən əziyyət çəkən 43 yaşlı şəxs 12 gün bundan əvvəl paytaxtın Sabunçu qəsəbəsində yerləşən marketlərin birinə daxil olub.

Bir şüşə qazlı suyu icazəsiz içdiyinə görə marketin sahibi, 24 yaşlı Rahib Lətifov onun boğaz nahiyəsinə zəncir taxaraq marketin qarşısındakı dirəyə bağlayaraq mobil telefonla videogörüntüyə alaraq sosial şəbəkələrdə yayıb.

Törətdiyi əmələ görə R.Lətifov məsuliyyətə cəlb edilib, qanunvericiliyə uyğun olaraq onun barəsində araşdırmalar davam etdirilir.

Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir.

Şərhlər

t.ədalət 2021-02-17 11:46:18

Bu Lətifovun Sabunçu RİH başçısı ilə bağlılığı olmasa bu boyda cinayətə girişməz.

Elchin 2021-02-17 09:58:33

Mesuliyyete celb olunacag adam market sahibi deyil, xeste insani cemiyyet ichine buraxanlardir. Ruhi xeste sabah da gedib kimise öldursun, deyek ki xestedir??

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol