Menu

Daha 3 sahibkarlıq subyekti qeydiyyata alınmadı

17.02.2021, 15:00
Daha 3 sahibkarlıq subyekti qeydiyyata alınmadı

“Yeyinti məhsulları haqqında” qanunun 7-ci maddəsinə əsasən ötən gün qida məhsulları sahəsində fəaliyyət göstərən 63 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Qeyd edilən tarixdə 3 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:

S/SSubyektin adıFəaliyyət istiqamətiİmtina səbəbi
1RAULİ BABACANAŞVİLİ QEORQİYEVİÇİstehsalMüvafiq sahə üzrə fəaliyyət həyata keçirilmir
2ZAUR HƏSƏNOV ELXAN OĞLUTopdan satışMüvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil
3"X.B İMPORT" Məhdud Məsuliyyətli CəmiyyətiİstehsalMüvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol