Menu

“NOYABRIN ONUNDA ARAİK BAKIYA APARILACAQDI...” - "Qarabağda olmaq Rusiyanın çoxdankı istəyi idi"

18.02.2021, 00:00
“NOYABRIN ONUNDA ARAİK BAKIYA APARILACAQDI...” - "Qarabağda olmaq Rusiyanın çoxdankı istəyi idi"

"Qarabağda müharibəni Rusiya dayandırdı, əgər müharibə noyabrın 9-da axşam dayandırılmasaydı, aydın idi ki, noyabrın 10-da Araik Arutyunyanı vertolyotla Bakıya aparacaqdılar. Orada onu telekameralar qarşısında oturdub, əmr edəcəkdilər ki, Qarabağ ermənilərinə müraciət etsin".

Virtualaz.org xəbər verir ki, bu sözləri Ermənistanın Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri Edqar Kazaryan Yerevanda fevralın 17-də keçirdiyi mətbuat konfransında deyib.

“Aydın idi ki, Azərbaycan Dağlıq Qarabağın bütün ərazisi üzərində total nəzarət təmin etməli idi. Belə olan halda Qarabağda Rusiya sülhməramlıları olmayacaqdı. Onlar isə (ruslar) istənilən halda Dağlıq Qarabağda olmalı idilər, çünki bu, Rusiya Federasiyasının çoxdankı istəyi idi. Bu, o halda baş verə bilərdi ki, müharibə noyabrın 9-da dayandırılsın və məhz həmin gün Rusiya onu dayandırdı. Ona görə də, daha bizim Dağlıq Qarabağ üzərində nəzarətimiz yoxdur. Dağlıq Qarabağ daha ermənilərin deyil. Dağlıq Qarabağın böyük hissəsini azərbaycanlılar alıb, rusiyalılar isə kiçik ərazini özlərinin geosiyasi problemlərinin həlli üçün xilas edə biliblər”, - Kazaryan bildirib.

Şərhlər

Roma 2021-02-18 09:44:33

Gec-tez bu məsələ həllini tapacaq, araik, vitali, zori və s. kimi oğraşları Bakıda "gül-çiçəklə" qarşılayacağıq...

Eko 2021-02-18 09:22:35

Araik sherefsiz , o vaxt ordaydi beyem ? qacib qetmishdi irevana.

Vətəndaş 2021-02-18 07:34:14

Yəqin ki Araiki və Stepanakerti vurmağa bizim komandanlıq icazə verməyib.

ejder 2021-02-18 01:58:39

kqbewnik ,car putin butun planlari pozdu,rediska

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol