Rusiya tarixin qara səhifələrini heç vaxt unutmayacaq, o cümlədən, Böyük Vətən Müharibəsi illərində sovet xalqına qarşı işlənmiş genosidlə əlaqədar olanları.
Bu barədə fevralın 17-də Rusiya Federasiyasının prezidenti Vladimir Putin Dövlət Duması fraksiyalarının rəhbərləri ilə görüşdə bəyan edib.
«Biz, əlbəttə, irli getməliyik, gələcək barədə fikirləşməliyik, digər xalqlarla öz səylərimizi birləşdirməliyik, o cümlədən, bütün Avropa xalqları ilə, heç bir mürəkkəbliyə və bu günün konyukturasına baxmayaraq və keçmiş bizi geriyə çəkməməlidir» - Rusiya lideri bildirib.
Ancaq elə şeylər var ki, Rusiya onları unutmayacaq. Belə qara səhifələrdən biri kimi, Putin Böyük Vətən Müharibəsi illərində Sovet İttifaqının mülki əhalisinə qarşı işənmiş genosidi önə çəkib.
«Hazırda biz, diqqəti o cinayətlərə yönəldirik ki, onlar mülki şəxslərə qarşı işlənib. Bu, genosiddir, bu açıq-aydın həyata keçirilib» - Rusiya prezidenti qeyd edib.
Putin əlavə edib ki, bu, «günümüzdəki hadisələrə açıq gözlə nəzər salmağa və Rusiyanın siyasətini elə qurmağa imkan verir ki, gələcəkdə uyğun heç nə təkrar olunmasın».
Rusiyada həmişə qələbə barədə yaddaş qiymətli tutulub və gələcəkdə də belə olacaq. «Bu, sadəcə, yaddaş deyil - bizə haradansa naməlum istiqamətdən və naməlum kimsələrdən gəlmiş yaddaş deyil. Onu bizim ata və babalarımız qazanıblar. Öz qanları ilə bizə gələcəyi təmin ediblər» - Putin əlavə edib.
AzPolitika.info


Şərhlər
kqbewnik putin cox addanif ,duwme onda ssri idi,ay qiriw MAL