Menu

Ötən ay Azərbaycanda 271 kq qızıl istehsal edilib

18.02.2021, 09:53
Ötən ay Azərbaycanda 271 kq qızıl istehsal edilib

Bu ilin yanvar ayı ərzində Azərbaycanda 270,9 kq qızıl, 421,5 kq gümüş istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, qızıl istehsalı ötən ilin müvafiq ayının göstəricisindən 33,1 %, gümüş istehsalı 22 % az olub.

Bu ilin fevralın 1-nə 365,8 kq qızıl, 414,1 kq gümüş ehtiyatı yaranıb.

Şərhlər

Veteran 2021-02-20 15:36:11

Bizə nə?

Ekoloqun tullantı paketi? 2021-02-18 12:03:05

Bu 271 kg üçün nə qədər pul xərclənib və neçə ton torpaq-təbiət dağıdılıb?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol