Menu

Azərbaycan-Gürcüstan-Türkiyə XİN başçılarının Bakı görüşü təxirə salındı

18.02.2021, 12:43
Azərbaycan-Gürcüstan-Türkiyə XİN başçılarının Bakı görüşü təxirə salındı

Fevralın 19-da Bakıda keçirilməsi planlaşdırılan Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının doqquzuncu üçtərəfli görüşü təxirə salınıb.

“Report”un yerli bürosu xəbər verir ki, buna səbəb Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkalianinin Azərbaycana rəsmi səfərinin təxirə salınmasıdır.

Gürcüstan XİN-dən səfərin təxirə salındığını təsdiqləyiblər. Buna səbəb Baş nazir Giorgi Qaxariyanın istefa verməsidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol