AZƏRBAYCANDAN QANUNSUZ YOLLA 732 MİLYON KÖÇÜRÜLÜB - MƏHKƏMƏ

Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana 4 il ərzində qanunsuz yollarla yüzmilyonlarla vəsait köçürülüb. “Report”un əldə etdiyi məlumata görə, 2015-2019-cu illərdə qanunsuz pul köçürmələrinin ümumi məbləği 732 milyon 267 min 255 manat təşkil edib.

Bu əməlləri həyata keçirən cinayətkar qrupun üzvləri 5 milyon 793 min 598 manat vəsait əldə ediblər.

Qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və xüsusi razılıq (lisenziya) almadan pul vəsaitlərinin müəyyən xidmət haqqı müqabilində qanunsuz olaraq ayrı-ayrı şəxslərdən qəbul olunması və həmin şəxslərin sifarişi ilə üçüncü şəxslərə təhvil verilməsi üzrə xidmət göstərilməsindən ibarət qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan cinayətkar şəbəkə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ifşa edilib.

Şəbəkənin üzvü olan Rəşad İskəndərov istintaqa cəlb edilib. Onun cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə R.İskəndərov 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

635x100

Şərhlər

Hesabdar 2021-02-21 12:26:28

Adi hesabı, hüquqi əsasları dəqiq oxunmayan yazı? 732 milyonluq qanunsuz əməliyyatı icra edən necə ALTIca milyona razılaşıb? Bəs, qanunsuz 732 milyonun marağında kimlərmiş?

Roma 2021-02-19 13:45:38

Əgər qanunsuz köçürülübsə, onda niyə 5 il 6 ay həbs, 6 milyona yaxın qazanc müsadirə olunmalı və əməliyyatları aparanların hər biri 10-15 il həbs olunmalıdırlar...

Vətəndaş 2021-02-18 19:35:01

Bu quldur talançılar millətin başına bu 30 ildə nə oyunlar qalıb açmasınlar

Son yazılar