Menu

Azərbaycanın İstanbulda ticarət nümayəndəliyi işə başlayacaq

18.02.2021, 20:13
Azərbaycanın İstanbulda ticarət nümayəndəliyi işə başlayacaq

"Azərbaycanın Türkiyənin İstanbul şəhərindəki Baş Konsulluğunda yaxın gələcəkdə Ticarət Nümayəndəliyi yaradılacaq”.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov feysbuk sosial şəbəkəsindəki hesabında bildirib.

“Bu, Azərbaycanın qardaş Türkiyə ilə iqtisadi-ticarət əlaqələrinin daha da genişlənməsinə töhfə verəcək”, - o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol