Menu

ABŞ bombardmançıları Rusiya sərhədinə toplayır - "Yenə Norveçdə?..."

19.02.2021, 00:04
ABŞ bombardmançıları Rusiya sərhədinə toplayır - "Yenə Norveçdə?..."

Birləşmiş Ştatlar, böyük ehtimalla, müvəqqəti əsaslarla özünün «B-1» strateji bobardmançılarını Norveçdə yerləşdirməkdə davam edəcək.

Bu barədə ABŞ hərbi-hava qüvələrinin (HHQ) qərargah rəisi, general Çarlz Braun jurnalistlər üçün keçirilən internet-brifinqdə xəbər verib.

«B-1 bombardmançılarına gəlincə, söhbət qlobal hava gücünün təminatçısı olan vasitələrdən gedir. B-1 bombardmançıları və bizim bombardmançıların operativ qrupları mahiyyət etbarilə, istənilən nöqtədə və istənilən vaxtda fəaliyyət göstərmək qabiliyyətindədir. Bildirirəm: gözləyə bilərsiniz ki, biz, öz bombardmançılarımızı istənilən nöqtəyə və istənilən vaxda göndərəcəyik. Bu, yenədəmi Norveçdə baş verəcək? Güman ki.. yaxşı şans var. Nə vaxt? Bu, istənilən vaxt baş verə bilər» - qərargah rəisi bəyan edib.

ABŞ silahlı qüvvələrinin Avropa komandanlığı fevralın 2-d elan edib ki, ABŞ tərəfi ilk dəfə olaraq, B-1 bombardmançılarını Norveçdə yerləşdirir. Planlanır ki, eskadrilya Orland bazasında bir ay ərzində qalacaq.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol