Covid-19 pandemiyasını tez-tez 20-ci əsrin əvvəlində alovlanmış ispan qripi ilə müqayisə edirlər.
Tarix elmləri namizədi, Hərbi-tibb muzeyinin direktor müavini, Sankt-Peterburq tarixçiləri elmi cəmiyyətinin üzvü Dmitri Juravlyov «Doktor Piter»ə danışıb ki, müasir koronavirusla ispan qripi arasında ümumi məqamlar var və gözləməyə dəyərmi ki, indiki pandemiya yüzillik tarixi olan ssenarini təkrarlayacaq?
«Təbabət tarixi açıq göstərir ki, hər şey artıq olub - Juravlyov qeyd edib - «ispanka» ilə COVİD-19 arasında oxşarlıq törədicilərin oxşarlığından başlanır. Qrip də koronavirus da heyvanlardan insanlara «sıçrayan» RNT-virusları birləşdirir. İnsanlar arasında ümumi yayılma üsulu - hava-damcı yoludur».
Ancaq fərqi də var. Belə ki, COVİD-19-dan fərqli olaraq, «ispanka» özü pnevmoniya əmələ gətirməyib. Alimin sözlərinə görə, ötən əsrdə insanlar ikincili bakterial pnevmoniyadan ölüblər ki, ona qarşı dərman olmayıb.
Juravlyov xatırladıb ki, 1918-ci ilin yanvarında xəstəlik Şimali Çindən gəlib. Xəstəliyin baş qaldırmasının üç dalğası qeydə alınıb, bundan sonra epidemiya tədricən yox olub.
«Birinci dalğanın xüsusiyyəti pasiyentlərdə xəstəliyin yüngül kliniki keçməsindən ibarət olub. Bir neçə aylıq fasilədən sonra, dünyanı pandemiyanın ikinci dalğası bürüyüb. Onun xüsusiyyəti isə xəstələnənlərin sayının azlığı ilə seçilib, eyni zamanda xəstəliyin daha ağır keçirildiyi qeyd olunub - ölüm hallarının sayı əhəmiyyətli dərəcədə artıb» - həkim danışıb.
O, qeyd edib ki, pandemiya maksimal əhatəsinə 1918-ci ilin oktyabrında çatıb, o zaman «ispanka» planet əhalisinin demək olar, yarısını əhatə edib. Elə həmin ilin dekabrında xəstəlik səngiyib, ancaq fevralda-martda (1919) üçünü dalğa gəlib.
«Beləliklə, «ispanka» pandemiyası üç dalğa ilə dövr edib. Birinci «yüngül» dalğa 1918-ci ilin yazında olub. Ondan sonra virus mutasiya edib və çox asanlıqla ötürülməyə başlayıb. İkinci «ağır» dalğa 1918-ci ilin payızında gəlib. Üçüncü «yüngül» dalğa 1919-cu ilin yazında gəlib. Ayrı-ayrı rayonlarda dördüncü dalğa da qeydə alınıb - bəzi hallarda onu «epidemik quyruq» da adlandırırlar. Yalnız 1920-ci ildə pandemiya dayanıb. "İspanka" öz-özünə yox olub» - Juravlyov əlavə edib.
O, ehtimal edir ki, koronavirus da bu yolla gedəcək: «Analoji dalğavariliyi indi koronavirus təkrar edir. Ancaq bu, o demək deyil ki, COVİD-19 öz-özünə yox olacaq».
AzPolitika.info


Şərhlər