"Ali məktəblərə "Tədqiqat universiteti" statusu verilməsi üçün ali təhsil müəssisələri qarşısında müvafiq tələblər qoyulub və hazırda bu istiqamətdə müvafiq işlər görülür".
“Report” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, bu baxımdan bəzi ixtisaslaşdırılmış universitetlərdə klasterlər yaradılmalı, elmi nəticələrin istehsala tətbiqi stimullaşdırılmalı, təhsil-elm-istehsal əlaqələrinin səmərəliliyi yüksəldilməli, innovasiyaların kommersiyalaşdırılması, tədqiqat universitetinin yaradılması ilə bağlı qarşıda duran hədəflərə nail olunmalıdır.


Şərhlər
Guya ad dəyişməklə İslahat aparırsan?cənab nazir daha vacib problemlər var.Onları həll et.Əgər edə bilmirsənsə postu tərk et .