Menu

BŞTİ-də YENİ KADR TƏYİNATLARI OLUB - FOTO

20.02.2021, 12:01
BŞTİ-də YENİ KADR TƏYİNATLARI OLUB - FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) bir sıra vəzifələrə yeni təyinatlar həyata keçirilib.

İdarədən APA-ya verilən məlumata görə, təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Teymur Əhmədov Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bu təyinata qədər T. Əhmədov BŞTİ-nin Hüquq sektorunun müdiri vəzifəsində çalışıb.

Təhsil nazirinin digər əmrlərinə əsasən, Anar Mustafazadə Keyfiyyətə nəzarət sektorunun müdiri vəzifəsinə təyin olunub.

BŞTİ-nin nəzdindəki Təlimə Dəstək Mərkəzinə də yeni təyinat olub. Belə ki, İlkin Həsənov Mərkəzin direktoru vəzifəsinə təyin edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol