Menu

İmişlidə avtomobil 7 yaşlı iki uşağı vurub - Biri ölüb

20.02.2021, 23:24
İmişlidə avtomobil 7 yaşlı iki uşağı vurub - Biri ölüb

İmişlidə baş vermiş avtoqəza zamanı avtomobilin vurduğu piyadaların kimliyi müəyyən edilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayonun Aranlı kəndində qeydə alınmış hadisə zamanı İmişli rayon sakini, 1994-cü il təvəllüdlü İmanov Mahir İlham oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil yolda dayanan Aranlı kənd sakinləri, 2013-cü il təvəllüdlü Hüseynli Umud Musa oğlunu və 2013-cü il təvəllüdlü Quliyev Nihad Əkbər oğlunu vurub.

Hadisə nəticəsində ikinci azyaşlı hadisə yerində dünyasını dəyişib, digəri isə Biləsuvar xəstəxanasına yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol