Menu

Şamaxıda yol qəzasında xəsarət alan ailə üzvləri Bakıya gətirildi

21.02.2021, 23:21
Şamaxıda yol qəzasında xəsarət alan ailə üzvləri Bakıya gətirildi

Şamaxıda ağır yol qəzasında xəsarət alan bir ailənin 3 üzvü Bakıya gətirilib. "Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində xəsarət alanlar - 1994-cü il təvəllüdlü Məmmədli Fəridə Cahid qızı, 1991-ci il təvəllüdlü Məmmədzadə Nisə Afər qızı və 1992-ci il təvəllüdlü Məmmədzadə Araz Fərhad oğlu təcili yardımın köməkliyi ilə əvvəlcə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Lakin xəsarətləri ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə göndəriliblər. Müayinə zamanı F.Məmmədliyə qapalı kəllə-beyin travması və qabırğaların sınığı, N.Məmmədzadəyə bədənin müştərək travması, A.Məmmədzadəyə isə baş nahiyəsinin cırılmış yaraları diaqnozları qoyulub.

Qeyd edək ki, hadisə Dəmirçi kəndində qeydə alınıb.

Qəzanın təfərrüatı araşdırılır

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol