Rusiya "Orion" dronunu sınaqdan keçirib - Suriyada

Rusiyanın «Orion» kəşfiyyat-zərbə pilotsuz uçan aparatı (PUA) Suriyada döyüş şəraitində uğurla sınaqdan keçirilib. Dronun uçuş kadrlarını fevralın 21-də «Rusiya-1» telekanalı nümayiş etdirib.

Ümumilikdə, bu günə qədər döyüş maşını 38 uçuş həyata keçirib, onların 20-ыi kəşfiyyat uçuşu olub, 17 reyddə aparat yerüstü obyektlərə zərbə endirib, daha bir uçuş isə başqa məqsəd daşıyıb. Kanalın müxbiri Aleksandr Roqatkinin reportajında dronun silah işlətməsini əks etdirən video yer alıb. Döyüş şəraitində sınaqların keçirildiyi dəqiq tarix isə açıqlanmır.

Sözügelən aparat «Kronştadt» qrupu tərəfindən hazırlanıb. Dronun ilk nümunəsi uçuş sınaqları üçün hələ 2015-ci ildə hazırlanıb, onu Qromov adına Uçuş-tədqiqat İnstitutuna 2016-cı ildə gətiriblər. 2017-ci ildə aparatın ixrac versiyası təqdim olunub. 2018-ci ildə Suriyada döyüş şəraitində onun silah işlətmədən sınaqları keçirilib. Kəşfiyyat-zərbə dronları 1150 kiloqram maksimal uçuş çəkisinə və 250 kiloqram döyüş yükünə malikdir. Uçuş müddəti isə 24 saatdır.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar