Ermənistan müxalifəti sabah Paşinyanın hökumət binasına girişini bloklayacaq

Ermənistanın müxalif "Vətənin qurtuluşu Hərəkatı" Yerevanın mərkəzindəki “Fransa” meydanında etiraz aksiyasını başa çatdırıb. “Report” xəbər verir ki, bu barədə TASS bildirib.

"Bu gün aksiyamızı qurtarırıq. Bizdə məlumatlar var ki, baş nazir Nikol Paşinyan sabah saat 11:30-da hökumət binasının 3-cü korpusuna gələcək. Biz girişləri bloklamalıyıq və onu buraxmamalıyıq. Axşam isə mitinqə başlayacağıq", - hərəkatın nümayəndəsi İşxan Saqatelyan bildirib.

Bu gün Yerevanda Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyasında bir neçə min insan iştirak edib. Müxalifət tərəfdarları dövlət əleyhinə şüarlar oxuyaraq Yerevanın küçələri ilə yürüş təşkil ediblər.

Qeyd edək ki, Ermənistanda 10 noyabrdan Paşinyanın istefasına çağırış tələbləri ilə etiraz aksiyaları səngimir. Müxalifət onu Qarabağ müharibəsindəki məğlubiyyətdə ittiham edir. Paşinyan habelə ölkədəki iqtisadi və sosial problemlərdə günahlandırılır.

635x100

Şərhlər

Tahir 2021-02-23 00:35:27

Vo Pərviz Pasik 3 -ci korpusa gəlməyəcək voobse heç hökumət evinə gəlməyəcək.Onda nolacaq.Vo vtorix ajiqcan Pasik it oğlu lap elə hökumət evinə də ,lap elə 3-cu korpusdan girəcək.Hec muxalifət Babaqulu demiş zirt da edə bilməyəcəklər Çünki erməni artıq bezib Qarabağ oyunundan.

Tahir 2021-02-23 00:28:17

Erməni müxalifəti də elə bizim Akif Bağının bir yağıdır deyəsən.Elə hapı göpudür.İndi bütün Ermənistanı barmağına dolamis və baş nazir olmuş bir Pasinyan o qədər. Sevil oldu ki həmin qapıdan girsin? Yaxşı Pasik O qapıdan kiməsə nolajax.Ay səni Akif Nağıllar hər yerdə varmış....

Son yazılar